Zodiaka görə münasibətləri uzunömürlü etməyin yolları

Astroloqlar və psixoloqlar hər bürcün xarakterinə görə nikahı qorumağın yollarını araşdırıb.

Qoç
Siz sadəcə olaraq çoxdan yerinə yetirməli olduğunuz düzəlişlər və radikal dəyişikliklər etməlisiniz. Bilməlisiniz ki, münasibətlər həmişə yuxarı doğru qalxır və siz ən yüksək zirvəyə nail olmalısınız! Hər şey dözülməz olmağa başlayanda kəskin dəyişikliklər həqiqətən də yerinə düşür.
Davamı →

Hansı bürclər cinayətkarlığa meyillidir?

Bürclər insanların ən çox oxuduğu, amma heç vaxt tam mənada inanmadığı bir mövzudur. Buna rəğmən bir çox insan günün planını qurarkən məhz bürclərin istiqamətini nəzərə alır. Qısqanc, ən çox sevilən, liderlik edən və s. xarakterli bürclər haqqında çox oxumusunuz.

Bəs özünüzün cinayətkar ruhu barədə necə, oxumusunuzmu?

Elə isə bu yazıya diqqət edin. ABŞ-da astroloqlarının cinayətkarlığa meyilli olan bürclər haqqında apardığı maraqlı araşdırma Federal Tədqiqatlar Bürosundan alınan siyahıya əsasında aparılıb.

Davamı →

Bürclərə görə kişilər hansı tip qadınları bəyənir?

Qoç
Qoç ilk və ən yaxşı olmaq üçün yaşayır. O, həmişə yanında prestijini artıracaq və insanlar tərəfindən təqdir ediləcək birini istəyir. Həyat fəlsəfəsi “indi, bu dəqiqədir”. O, sizi kəşf etmək üçün çox gözləməyəcək. Qoç, özünü seçmək məcburiyyətində hiss etməz. Sadəcə hər şeyi istəyir, adətən alır da.

Buğa
Venera tərəfindən idarə olunan Buğa gözəlliyin əsiridir. Həyatında böyük əhəmiyyəti olan duyğularla bərabər görünüşü baxımından da razı qaldığı bir eşq cütlüyündən də imtina etməz. Sevəcəyi şəxs qüsursuz bir görünüşə sahib olmalıdır.
Davamı →

Bürclərin gizli silahları

Qoç
Qoç bürcünün adamları ən seksual adamlar hesab edilir. Onlar ətrafdakıları asanlıqla özlərinıə cəlb edə bilirlər. Qoçların xüsusi xarizmaları olur ki, bu da onları daha cazibdar edir. Təbiətlərinə görə ətrafdakəların hamısı onlara heyran olur.

Buğa
Bu bürcün ən güclü tərəfləri xeyirxah olmalarıdır. Buğa bürcünün insanları konfliktlərdən, davalardan və bütün pisliklərdən uzaq olur. Onlar mübahisələri sülh yolu ilə həll etməyə çalışırlar. Onların yanında ən davakar adam belə sakit dayana bilir.

Əkizlər
Çoxları bu bürcün nümayəndələrinə həsəd aparır. Onların həyatda hər işləri asan başa gəlir.Optimist olurlar və 90% hallarda müvəffəqiyyət qazanırlar.
Davamı →

Bürclər və idman

Qoç
Olduqca ehtiraslı və hər vaxt hər kəsdən üstün olmağı sevən Qoçlar, bitmək tükənmək bilməyən bir enerjiyə sahibdirlər. İdarəçi planeti «döyüşçü» Mars sayəsində xüsusilə komanda idmanlarında müvəffəqiyyətli olan Qoç bürcləri, Aikido və Tae-Bo dərslərini seçir.

Buğa
Torpaq elementi olan Buğa, əyləncəli və təbiət ilə iç-içə olan idmanları seçir. Təbiətdə gediş, velosipedə minmək və üzmək vaz keçə bilmədikləridir. İdman sonrasında isə özünü mütləq sauna və masajla təmin edir.

Əkizlər
Sürətli və hərəkətli idmanlardan zövq alan Əkizlər, aerobik, tennis kimi enerjili idmanları seçir. Bunun yanında Oryantal rəqsinin məşq hərəkətləriylə birləşdirildiyi Aero-Oryantal dərsləri də Əkizlər tərəfindən böyük maraqla qarşılanır.
Davamı →

Moda və Bürclər


Qoç bürcü

21 mart – 20 aprel
Havalı və özünə güvənən qoç qadını, geyimiylə də qabaqcıl olmağı və diqqət çəkməyi sevər. İddialı paltarları, yenə iddialıaksesuarlarla tamamlamaqdan xoşlanarlar. İki-üç dənə boyunbağını bir yerdə taxan bir qadın gördüyünüzdə böyük ehtimalla o bir qoç qadınıdır.

Buğa bürcü
21 aprel – 21 may

Qərarsız və mükəmməl olmayana dözüm edə bilməyən buga qadınları, bir dəvətə gedərkən böyük ehtimalla özlərini belə dəli edəcəklər. Aynanın qarşısında dəqiqələr keçirə biləcək olan buga qadını, sonunda bədən xəttlərini çox bildirməyən, bol bir geyimdə qərar edə bilər.

Əkizlər bürcü
22 may – 21 iyun

Az qala hər mövzuda asan fikir dəyişdirən əkizlər bürcü qadını, xüsusi bir dəvətə hazırlanarkən ən az beş-altı dənə paltar sınayacaq. Aynada özünü mükəmməl görmək istəməsinə qarşı risk almagi də sevər; geyim mövzusunda çox cəsurdur. İddialı və dəbdəbəli paltarları rahatlıqla geyər.
Davamı →

Evlilikdə bürclərin rolu

Bütün kişilər və qadınlar öz talelərini bir-biri ilə bağlayarkən yalnız xoşbəxtliyə ümid edir. Lakin kim qabaqcadan deyə bilər ki, yeni evlənən cütlüklərin ailə həyatı necə alınacaq, qarşıda onları nələr gözləyir? Ailə həyatında qarşıya çıxacaq çoxlu sayda maneələrdən necə uzaq olmaq olar? Ailə həyatının uzunömürlü və xoşbəxt olması üçün nə etmək lazımdır? Necə edəsən ki, xəyallarında yanılmayasan? Təəssüf ki, suallar cavablardan çoxdur.
Davamı →

Hansı bürcü nə əsəbləşdirir?

Hər birimiz müxtəlif xarakterli olsaq da, hamı ilə dil tapmaq mümkündür. Bunun üçün hər bir zodiak işarəsini qəzəbləndirən səbəbləri öyrənmək kifayətdir.

Qoç
Qoçlardan hər hansı bir məsələ barədə xahiş etdikdə dərhal özündən çıxırlar. Bu, onları lap dəli eləyir, çünki Qoçlar hər dəqiqəni və maraqlarını qiymətləndirirlər. Bu bürcün nümayəndələri sırtıq insanlara qarşı dözümlü deyil. Əgər siz Qoçlara israr etməkdə davam etsəniz, ən yaxşı halda söyüş qasırğasına hazırlıqlı olun.

Buğa
Əgər nə vaxtsa, haradasa “Bəsdir, ürəyimi üzdün” ifadəsini eşitsəniz, əmin olun ki, o sözlərin sahibi Buğalardır. Bu bürcün nümayəndələri ətrafında dayanmadan vurnuxan adam gördükdə, onları tələsdirdirdikdə, yaxud da yersiz göstəriş və məsləhətlərlə onları bezdirdikdə əsəbiləşməyə başlayır. Buğanın xətrinə dəymək istəmirsinizsə, onda ona nəyi, necə etməli olduğunu göstərmək lazım deyil.

Davamı →

Bürclərin uğurlu rəngləri

Zehninizi və ruhunuzu sakitləşdirməyin bir çox üsulları var. Amma ən asan üsul bürcünə uyğun olan rəngi tapmaqdır. Belə ki, bu rənglər həmin bürcün sahibinə uğur gətirir, həm də əhvalını qaldırır. 

Qoç bürcü - Aktiv insanları qırmızı rəng təmsil edir. Qoç bürcü də aktiv olduğu üçün qırmızı birbaşa onların uğur və şans simvoludur. Dinamikanı ifadə edən qırmızı eyni zamanda qərarlı insan olduğunuzu da bildirir.

Buğa bürcü — Qəhvəyi realistlərin rəngidir. Buğaların da ən uğurlu rəngi qəhvəyidir. Torpaq rəngi olan qəhvəyi əsasən iş görüşlərində və özəl günlərdə bacarıqlı insanların gücünü simvolizə edir.


Ardı →

Bürclərin zəhlətökən xüsusiyyətləri

Qoç bürcü - qoçlar, özlərini həmişə ön planda görmək istəyir. Tez hirslənirlər. Bəzən kobud davranır və dalaşqan olurlar. İnadçıdılar və hər şeyin ən yaxşısını istəyirlər. İstəkləri yüksəkdir, buna görə də özlərini çox yorurlar. 

Buğa bürcü – buğalar tənbəl olur. Hər şeydən tez bezir və buna görə də deyinirlər. Bəzən çox anlayışsız olurlar. 

Əkizlər bürcü - əkizlər dəyişkən ruhlu olur. Xarakterləri sabit olmur. Hər şeylə maraqlandıqları üçün ətrafındakılarını bezdirə bilərlər. Əsəblərinə nəzarət edə bilmirlər.
Ardı →